AZ

Qəzzada ölənlərin sayı 40 min 861 nəfərə çatıb

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 861-ə, yaralıların sayı isə 94 min 398-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 334 gündür Qəzza zolağında qırğınlarını davam etdirir.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 3 hücumda 42 fələstinlinin həyatını itirdiyi, 107 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 40 min 861-ə, yaralıların sayının isə 94 min 398-ə yüksəldiyi qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
3
sia.az

7Mənbələr