AZ

“Zirə”yə xəbərdarlıq edildi - Bir də belə hadisə baş versə...

AFFA azarkeşlərinə görə “Zirə”yə xəbərdarlıq edib.

Sportinfo.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Buna səbəb Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”la oyunun 29-cu dəqiqəsində rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi olub.

Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA hələlik xəbərdarlıqla kifayətlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
50
sportinfo.az

10Mənbələr