AZ

Yeni baş məşqçi “Zirə”lini İsveçlə oyunun "23-lüy"ündən kənarda saxladı

Azərbaycan millisinin bir futbolçusu Millətlər Liqasının I turunda bu gün İsveçlə evdə keçiriləcək matçın "23-lüy"ündən kənarda qalıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş "Zirə"dən Qismət Alıyevin xidmətinə ehtiyac duymayıb.

32 yaşlı oyunçu yüngül zədəsi olduğu üçün sözügedən qarşılaşmanı tribunadan izləməli olacaq.

Azərbaycan – İsveç matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
sportinfo.az

10Mənbələr