AZ

Fransaya yeni baş naziri təyin edilib

Mişel Barnier Fransanın yeni baş naziri təyin edilib. Bu barədə France-Presse xəbər verir. 

Bu məlumatı Yelisey sarayının mətbuat xidməti də təsdiqləyib. Xəbərdə deyilir ki, Fransa prezidenti Emmanuel Makron keçmiş Avropa komissarı və Fransanın keçmiş xarici işlər naziri Mişel Barnyeni yeni baş nazir təyin edib.

İyulda Makron əvvəlki baş nazir Qabriel Attalın istefasını qəbul edib. Güman edilirdi ki, Respublikaçılar partiyasının üzvü Ksavye Bertrand hökumətin başçısı təyin oluna bilər.

Sentyabrın 4-də Franceinfo radiosu bildirib ki, 80-dən çox deputat Makronun hakimiyyətdən uzaqlaşdırılmasını tələb edən qətnamə imzalayıb.

KİV-in məlumatına görə, sənədi "Yeni Xalq Cəbhəsi” sol blokundan olan 81 deputat, o cümlədən "Əzilməmiş Fransa” fraksiyasının 72 nümayəndəsi, həmçinin Yaşıllar və "Sol Demokratlar və Respublikaçılar” qrupunun digər deputatları dəstəkləyib.
 
Aytac 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
anews.az

10Mənbələr