AZ

Fransaya yeni baş nazir təyin edildi

Fransaya yeni baş nazir təyin edilib.
 Tribunainfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, bundan sonra Mişel Barnier Fransanın baş naziri vəzifəsini icra edəcək.
Məlumatı Yelisey sarayının mətbuat xidməti də təsdiqləyib. Xəbərdə deyilir ki, Fransa prezidenti Emmanuel Makron keçmiş Avropa komissarı və Fransanın keçmiş xarici işlər naziri Mişel Barnieri yeni baş nazir təyin edib.
İyul ayında Makron əvvəlki baş nazir Qabriel Attalın istefasını qəbul edib. Güman edilirdi ki, Respublikaçılar partiyasının üzvü Ksavye Bertrand hökumətin başçısı təyin oluna bilər.
Sentyabrın 4-də “Franceinfo” radiosu 80-dən çox deputatın Makronun hakimiyyətdən uzaqlaşdırılmasını tələb edən qətnamə imzaladığını bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
16
tribunainfo.az

10Mənbələr