AZ

37 yaşlı Xuan Mata karyerasını bu klubda davam etdirəcək

İspaniya millisinin sabiq futbolçusu Xuan Matanın yeni klubu məlum olub.

"Unikal" xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Avstraliyanın “Sidney Uonderers” komandasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.

X.Mata son olaraq Türkiyənin “Qalatasaray” komandasında çıxış edib.

Qeyd edək ki, Xuan Mata karyerası ərzində “Qalatasaray”la yanaşı, “Real Madrid”, “Valensiya” (hər ikisi İspaniya), “Çelsi” və “Mançester Yunayted” (hər ikisi İngiltərə) komandalarının formalarını geyinib. O, İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
18
unikal.az

10Mənbələr