AZ

La Liqa: “Atletiko”dan 3-cü oyunda 2-ci xal itkisi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Valyadolid” – “Leqanes” və “Atletiko” – “Espanyol” matçlarında qapılara qol vurulmayıb. “Atletik” doğma meydanda “Valensiya”nı minimal hesabla üstələyib. Üç qolun qeydə alındığı “Real Sosyedad” – “Alaves” matçında isə qonaqlar qələbə qazanıblar.

Bu turun “Betis” – “Xetafe” matçı təxirə salınıb. Turun qalan qarşılaşmaları isə avqustun 29-da keçiriləcək.

İspaniya, La Liqa
3-cü tur
26 avqust

Vilyarreal – Selta 4:3
Qollar: Kardona, 26. Barri, 60. Jaylson, 64-öz qapısına. Parexo, 90+10 – B.İqlesias, 12. Minqesa, 31. Starfelt, 80.

27 avqust

Malyorka – Sevilya 0:0

Rayo Valyekano – Barselona 1:2
Qollar: U.Lopes, 9 – Pedri, 60. Olmo, 82.

28 avqust

Valyadolid – Leqanes 0:0

Atletiko – Espanyol 0:0

Atletik – Valensiya 1:0
Qol: Prados Dias, 45.

Real Sosyedad – Alaves 1:2
Qollar: B.Mendes, 32 – Vilyalibre, 45+5-pen. T.Martines, 77.

29 avqust

21:00. Jirona – Osasuna
23:30. Las Palmas – Real

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
5
arena.az

10Mənbələr