AZ

Şimal Buzlu okeanın dərinliklərində yeni antibiotiklər kəşf edilib

Bakı. Trend:

Şimal Buzlu okeanında yaşayan mikroblar yeni antibiotiklərinmənbəyi ola bilər. Alimlər laboratoriya təcrübələrində uğurlunəticələr əldə ediblər. Hazırda istifadə edilən antibiotiklərinəksəriyyəti aktinobakteriyalar adlanan quruda yaşayanmikroorqanizmlərdən gəlir. Lakin antibiotiklərə davamlıbakteriyalar geniş yayıldıqca alimlər yeni mənbələr kəşf etməyəçalışırlar. Təxmin edilir ki, su aktinobakteriyaları dənizmühitində təzyiq, temperatur və duz konsentrasiyası kimi amillərəgörə daha çox növ birləşmələr əmələ gətirir.

Trend “The İndependent” nəşrinə istinadən xəbər verir ki,tədqiqatçılar bəzi onurğasızların içərisində yaşayan və 2020-ciildə Şimal Buzlu okeanından çıxarılan aktinobakteriyaları tədqiqediblər.

“Frontiers in Microbiology” jurnalında dərc edilən araşdırmada 4aktinobakteriyanın istehsal etdiyi birləşmələrin enteropatogen E.coli (EPEC) adlı bakteriyaya təsiri müşahidə olunub. Bağırsaqhüceyrələrinə təsir edən bu bakteriya, xüsusilə azyaşlı uşaqlardaşiddətli ishala səbəb olur. Laboratoriyada yetişdirilənhüceyrələrdəki birləşmələri sınaqdan keçirən qrup, iki növünbakteriyaların xəstəliyə səbəb olmasının qarşısını aldığını müəyyənedib. Bunlardan biri bakteriyaların böyüməsini dayandırıb, digəriisə xəstəliyə səbəb olmasının qarşısını alıb.

Tədqiqatçılar bakteriyaların böyüməsinin qarşısı alınmasa,antibiotikə daha az müqavimət göstərəcəyini söyləyərək, ikincibirləşmənin daha yaxşı dərman olacağını bildiriblər. Nəticələrümidverici olsa da, antibiotik kimi istifadə edilməzdən əvvəl dahaçox araşdırmaya ehtiyac var. Bundan əlavə, bu birləşmələrintəfərrüatlı şəkildə öyrənilməsi üçün böyük miqdarda istehsaledilməsi lazımdır, lakin bunun necə mümkün olacağı hələ məlumdeyil.

Helsinki Universitetindən tədqiqatın həmmüəllifi Paivi Tammelabildirib: “İndiyə qədər biz yalnız laboratoriya tədqiqatlarıaparmışıq, ona görə də birləşmələrin klinik istifadədə hər hansıreal əhəmiyyətinin olub-olmadığını bilməyimizə qədər çox yolumuzvar. Tədqiqatçılar hələ də gələcəyə ümidlə baxırlar”.

P.Tammela dənizin dərinliklərində kəşf edilməyi gözləyən başqabirləşmələrin olduğunu proqnozlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
35
az.trend.az

10Mənbələr