AZ

Yeni antibiotiklər kəşf edildi: Şimal Buzlu okeanın dərinliklərində...

Şimal Buzlu okeanında yaşayan mikroblar yeni antibiotiklərin mənbəyi ola bilər.

Publika.az xəbər verir ki, “The İndependent” alimlərin bununla bağlı laboratoriya təcrübələrində uğurlu nəticələr əldə etdiklərini yazıb.

Hazırda istifadə edilən antibiotiklərin əksəriyyəti aktinobakteriyalar adlanan quruda yaşayan mikroorqanizmlərdən gəlir. Lakin antibiotiklərə davamlı bakteriyalar geniş yayıldıqca alimlər yeni mənbələr kəşf etməyə çalışırlar. Təxmin edilir ki, su aktinobakteriyaları dəniz mühitində təzyiq, temperatur və duz konsentrasiyası kimi amillərə görə daha çox növ birləşmələr əmələ gətirir.

Tədqiqatçılar bəzi onurğasızların içərisində yaşayan və 2020-ci ildə Şimal Buzlu okeanından çıxarılan aktinobakteriyaları tədqiq ediblər.

“Frontiers in Microbiology” jurnalında dərc edilən araşdırmada 4 aktinobakteriyanın istehsal etdiyi birləşmələrin enteropatogen E. coli (EPEC) adlı bakteriyaya təsiri müşahidə olunub. Bağırsaq hüceyrələrinə təsir edən bu bakteriya, xüsusilə azyaşlı uşaqlarda şiddətli ishala səbəb olur. Laboratoriyada yetişdirilən hüceyrələrdəki birləşmələri sınaqdan keçirən qrup, iki növün bakteriyaların xəstəliyə səbəb olmasının qarşısını aldığını müəyyən edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
35
publika.az

10Mənbələr