AZ

Doğma elinə qayıdan Tamaşa Məmmədova: "Şuşadan çıxanda mənim 6, bacımın isə 7 yaşı var idi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Şuşadan çıxanda mənim 6, bacımın isə 7 yaşı var idi".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Tamaşa Məmmədova deyib.
O qeyd edib ki, bu gün illərlə həsrəti ilə yaşadığı Şuşa şəhərinə, doğma yurduna qayıdır:
"Şuşadan köçkün düşdükdən sonra Bilgəhdə pioner düşərgəsində məskunlaşmışıq. Bir otaqda 30 il köçkünlük həyatı sürmüşük. Yeməyimiz, içməyimiz, yatmağımız, 30 ilimiz, hər şeyimiz o bir otaqda keçib.
Şükürlər olsun ki, bu gün öz doğma yurdumuza qayıdırıq. Şuşada bizim üçün çox gözəl şərait yaradılıb.
Əfsuslar olsun ki, atam bu günləri görmədi. O da çox arzu edirdi Şuşaya qayıtmağı. Ömrü vəfa etmədi. Bu gün anamla, bacımla qayıdırıq Şuşamıza.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 30 ailə (102 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 177 ailənin (672 nəfərin) daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
50
oxu.az

10Mənbələr