AZ

Durov nə vaxtadək Fransada qalacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məhkəmə nəzarətinə əsasən, Pavel Durovun 2025-ci ilin martına qədər Fransanı tərk etməsi qadağan edilib. Onun beş milyon avroluq girovunu hissə-hissə ödəyəcəyi ilə bağlı məlumatlar ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə habr.com məlumat yayıb.
Məlumata görə, məhkəmə tərəflərinin razılığı ilə Durov avqustun sonunda məhkəməyə dərhal bir milyon avro ödəyib. "Telegram"ın təsisçisi qalan vəsaiti hər ay 500-800 min avro şəklində ödəyəcək.
Bildirilir ki, məhkəmə qalan dörd ödənişi beş aylıq hissələrlə qəbul etməyə razılıq verib. Bütün bu müddət ərzində Durov məhkəmə nəzarəti altında olacaq, bir neçə gündən bir polis yoxlamasından keçəcək və ölkəni tərk etmək hüququ olmayacaq.
Müstəntiqlər Durovun qeyri-qanuni əməliyyatlarda iştirak etdiyini sübut etsələr, onun 10 ilə qədər həbs və 500 min avro cərimə ilə cəzalandırılması mümkündür.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında həbs edilib. Həbs qərarı Durovun Fransa təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmədiyi üçün verilib. O, narkotik ticarəti və digər ağır cinayətlərdə iştirakda ittiham olunur. Durov Fransa vətəndaşıdır və onun mübadiləsi yaxud ekstradisiyası mümkün deyil.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
oxu.az

10Mənbələr