AZ

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın Yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

hakimiyyet.az xəbər verir ki, o, üçüncü yer uğrunda mübarizədə çinli Venhao Hu üzərində qələbə qazanıb.

Bildirilir ki, görüş 6:5 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb.

Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvləri dünya çempionatını 1 gümüş və 1 bürünc medalla başa vurublar. Bundan əvvəl Cocu Səmədov (87 kq) dünya çempionatının gümüş medalını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
3
hakimiyyet.az

10Mənbələr