AZ

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.Metbuat.az xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə çinli Venhao Hu ilə qarşılaşıb.Rəqibinə 6:5 hesabı ilə qalib gələn Ruslan mundialı bürünc medalla bitirib.

Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatını 1 gümüş və 1 bürünc medalla başa vurub. Daha əvvəl Cocu Səmədov (87 kq) dünya ikincisi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
7
metbuat.az

10Mənbələr