4 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Mərmər İnşaat” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Birjanın yaydığı məlumata görə, qeyd olunan səhmlərin abunə yazılışı 4 sentyabr tarixindən başlayaraq 1 gün ərzində davam edərək 5 sentyabr tarixində yekunlaşacaq və yerləşdirmə 6 sentyabr tarixində baş tutacaqdır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Mərmər İnşaat” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001024491:
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı:
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı:
Səhmlərin sayı: 100 (ədəd)
İlkin ticarət qiyməti: 1 000 manat
Buraxılış həcmi: 100 000 manat
Ticarətə buraxılma tarixi: 06.09.2024
Anderrayter: “Assist Finance İ.Ş” ASC