AZ

Lamiyə Vəliyeva: "Medalımı Azərbaycan xalqına həsr edirəm"

"Çox sevindirici haldır ki, dünya rekordunu yeniləyərək Paralimpiya çempionu oldum".

Oxu.Az xəbər verir ki, bu sözləri ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva deyib.

"Məşqlərim yarışdan əvvəl bir az yaxşı davam etmirdi. Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir. İdmana və Paralimpiyaya göstərdikləri diqqətə görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm", - deyə L.Vəliyeva sevincini bölüşüb.

Qeyd edək ki, paraatletimiz Lamiyə Vəliyeva dünən axşam Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyərək ikinci dəfə Paralimpiya çempionu olub.

Xatırladaq ki, Lamiyə Vəliyeva sentyabrın 5-də T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçış üzrə yarışda da qüvvəsini sınayacaq. Təsnifat qaçışı Bakı vaxtı ilə saat 23:31-də start götürəcək.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
oxu.az

10Mənbələr