AZ

Azərbaycanlı müğənni Kirkorov haqda bu sözləri dedi - VİDEO

Rusiyada yaşayan azərbaycanlı müğənni Jony Rusiya Federasiyasının xalq artisti Filipp Kirkorovun əfsanə olduğunu deyib.

Bizim.Media xəbər verir ki, o, bunu Siriusda gənc populyar musiqi ifaçılarının “Yeni dalğa 2024” beynəlxalq müsabiqəsində 5-tv.ru saytının müxbiri ilə söhbətində etiraf edib.

“O, sadəcə bir əfsanədir (Philip Kirkorov - red.). Musiqini, insanları, müsabiqə iştirakçılarını sevir", - deyə sənətçi bildirib.

İfaçı əlavə edib ki, Kirkorov ümumilikdə hər kəsə yaradıcılıq yolunda kömək edir.

Daha əvvəl 5-tv.ru yazıb ki, Uspenskaya Kirkorovun nüfuzuna xələl gətirmək qərarına gəlib. Bir neçə ay əvvəl ulduzlar arasında münaqişə yaranıb.
 

Uspenskaya müsahibəsində həmkarını "qadınlara nifrət edən" şəxs  adlandırıb. Kirkorov bu sözlərin təkzib edilməsini tələb edib və daha sonra hətta müğənnini məhkəməyə verib, ondan on milyon rubl məbləğində təzminat istəyib.


Xatırladaq ki, milliyyətcə erməni olan Kirkorov dəfələrlə Azərbaycanda olub. Onun atası Rusiyanın xalq artisti Bedros Kirkorov isə Qarabağdakı keçmiş separatçılara simpatiyası ilə ad qazanıb. Hətta bir vaxtlar Xankəndidə yaşayan ermənilər üçün pul da köçürüb.



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
3
bizim.media

10Mənbələr