AZ

Rusiyanın Lvova raket hücumu nəticəsində 5 nəfər ölüb - Ukrayna

Rusiya ordusunun Ukraynanın Lvov şəhərinə həyata keçirdiyi raket hücumunda 5 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski X hesabında verdiyi açıqlamada Rusiya ordusunun Lvov şəhərinə raket hücumu həyata keçirdiyini bildirib.

Hücumun mülki infrastruktura həyata keçirildiyinə diqqət çəkən Zelenski, mövcud məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla 5 nəfərin öldüyünü, 30-dan çox insanın isə yaralandığını bildirib: “Adi yaşayış binaları, məktəblər və şəhərdəki tibb müəssisələrinə ziyan dəyib”.

Rusiya ordusunun Kriviy Riq şəhərinə də raket hücumu həyata keçirdiyini bildirən Zelenski bu hücumda 5 nəfərin yaralandığını qeyd edib. Rusiyanın Ukrayna şəhərlərinə hücumlarını “terror aktları” kimi xarakterizə edən Zelenski dünyanı bu hücumların qarşısını almaq üçün Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. Lvov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski "Telegram" hesabında verdiyi açıqlamada, son məlumata görə, Lvova hücum nəticəsində 38 nəfərin yaralandığını bildirib. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının "Telegram" hesabından verilən açıqlamada paytaxt Kiyevə PUA hücumu təhlükəsinin davam etdiyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
40
sia.az

10Mənbələr