AZ

Livanda PUA-nın yanğınsöndürən maşınına çırpılması nəticəsində 3 xilasedici həlak olub

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatıLivanın cənubunda yanğınsöndürən maşına zərbə endirib, nəticədə 3xilasedici həlak olub, iki nəfər isə yaralanıb.

Trend xəbər verirki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında fövqəladə hallarkomitəsinin hesabatında bildirilir.

"Hücum, İsrailin hava zərbələri nəticəsində Frun kəndindəyanğınların baş verməsindən sonra baş verib. Yanğınsöndürmə dəstəsivə mülki müdafiə xidmətinin xilasediciləri yanğını söndürməyəbaşlayacaqları vaxtda İsrailə məxsus PUA onları hədəf aldı," - deyəhesabatda qeyd edilir.

Livanın Səhiyyə Nazirliyi İsrailin hücumunu qınayaraq, bunubeynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması kimiqiymətləndirib.

"Hücum, İsrailin aqressiv niyyətlərini açıq şəkildə göstərir," -deyə sənəddə vurğulanır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
40
az.trend.az

10Mənbələr