AZ

Başqalarına qızıl satan Azərbaycanda qızıl-zinət əşyalarının qiyməti niyə əl yandırır? - HƏQİQƏTƏN DƏ...

Azərbaycanda zərgərlik məmulatları bahalaşır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə zərgərlik məmulatlarının qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz qalxıb. Məsələn, yanvar ayında 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta aylıq istehlak qiyməti 598,49 manat olduğu halda, iyul ayında bu qiymət 647,47 manata qalxıb. Nəticədə ilin əvvəli ilə müqayisədə 750 əyarlı 5 qramlıq qızıl üzüyün orta aylıq istehlak qiyməti 49 manat və ya 8,1 faiz bahalaşıb.İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizin qızıl bazarı dünya qızıl qiymətlərindən asılı vəziyyətdədir: "Dünyada qızılın qiyməti artan kimi bizdə də qızılın qiyməti yüksəlir. Amma bizdə alıcılıq qabiliyyəti də nəzərə alınır. Yəni satıcı qızılın qiymətini artıra bilər, amma alıcılıq qabiliyyəti yoxdursa, o qazanc əldə etməyəcək"."Qızıl "güvənli liman" rolunu oynayır"Onun sözlərinə görə, müxtəlif ölkələrə, əsasən də Rusiyaya qarşı sanksiyaların artması da qızılla ödənişləri aktuallaşdırır:"Məsələn, son zamanlar Rusiyanın Mərkəzi Bankı dünyada ən çox qızıl alan mərkəzi banklardan birinə çevrilib. Bu da ondan xəbər verir ki, sanksiyalara görə artıq fiziki qızılla dünyada müəyyən ödənişlərin edilməsi praktikası genişlənir. Bu amillər qızılın qiymətinin artmasına səbəb olur. Tarixən iqtisadi resessiya (tənəzzül) zamanı və yaxud iqtisadi böhran gözləntiləri olanda qızıla tələbat artır. İnvestorların böhran zamanı öz vəsaitlərini qorumaq üçün qızıla marağı artır. Çünki qızıl "güvənli liman" rolunu oynayır"."İşğaldan azad edilmiş ərazilərdə yeni qızıl yataqlarının işlənilməsinə hazırlıq gedir. Bu proses bitəndən sonra Azərbaycanın daha çox qızıl ixrac etmək potensialı yaranacaq. Azərbaycan əsasən İsveçrəyə qızıl ixrac edir" - ekspert əlavə edib."Qızıl bazarında toy mövsümünün yaxşınlaşması ilə bağlı aktivlik hiss olunur""Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov mediaya bildirib ki, ölkəmizdə qızıl bazarında bahalaşma tendensiyasının bu ilin sonunadək davam edəcəyini proqnozlaşdırmaq olar:"Qızıl bazarı qiymətli metal və daşların birja qiymətləri ilə tənzimlənir. Yaxın vaxtlarda dünya bazarında qızılın 1 troy unsiyasının qiymətinin 2500 dolları keçəcəyi gözlənilir. Araşdırmalar nəticəsində məlum olub ki, 999,9 əyarlı külçə və sikkələrə tələbat daha çoxdur. Çünki onlar daha çox investisiya aləti kimi alınır. Araşdırmalarımız həm də onu göstərir ki, ölkədə zərgərlik məhsullarının satışı daha çox toylarla bağlıdır. Həmişəki kimi, Ramazan və Məhərrəmlik aylarında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında bu mövsümlərdə alıcılıq qabiliyyəti təqribən 50 faiz aşağı düşür. Qızıl bazarında toy mövsümünün yaxınlaşması ilə əlaqədar aktivlik hiss olunur".Ölkədə qızıl istehsalı artıbQeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 1248 kiloqram qızıl istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çoxdur. Avqustun 1-nə ölkədə hazır məhsul ehtiyatı 319 kiloqram təşkil edib. Hesabat dövründə Azərbaycan xaricə qızıl ixracından 58 milyon dollar gəlir əldə edib və qızılın hamısı İsveçrəyə ixrac edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
41
dia-az.info

10Mənbələr