AZ

ABŞ-nin Maduronun təyyarəsinə həbs qoyması quldurluqdur - Venesuela XİN

Prezident Nikolas Maduronun təyyarəsinin ABŞ tərəfindən ələ keçirilməsi quldurluq aktıdır.

Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla Venesuela Xarici İşlər Nazirliyi çıxış edib.

"Venesuela beynəlxalq ictimaiyyətə bəyan edir ki, Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları növbəti dəfə yalnız quldurluq kimi qiymətləndirilə bilən cinayət əməli törədib", - deyə nazirlikdən qeyd edilib.

Xatırladaq ki, ABŞ Dominikan Respublikasında Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub.

Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınaraq alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
olaylar.az

3Mənbələr