AZ

Venesuela XİN: "ABŞ-nin Maduronun təyyarəsinə həbs qoyması quldurluqdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Prezident Nikolas Maduronun təyyarəsinin ABŞ tərəfindən ələ keçirilməsi quldurluq aktıdır".
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla Venesuela Xarici İşlər Nazirliyi çıxış edib.
"Venesuela beynəlxalq ictimaiyyətə bəyan edir ki, Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları növbəti dəfə yalnız quldurluq kimi qiymətləndirilə bilən cinayət əməli törədib", - deyə nazir qeyd edib.
Xatırladaq ki, ABŞ Dominikan Respublikasında Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub.
Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınaraq alınıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
oxu.az

3Mənbələr