AZ

Aşıq qızı əkiz anası oldu

Aşıq Ulduz Sönməzin (Quliyeva) müğənni qızı Sadaqət Ulduz ana olub.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu haqda Sədaqət sosial şəbəkə hesabında məlumat yayıb.

Dünyaya əkiz övlad gətirdiyini bildirən ifaçı anası ilə birgə qucaqlarında tutduqları körpələri ilə birgə çəkdirdiyi fotolarını izləyiciləri ilə paylaşıb. socar vakansiya

Sədaqət ana olması sevincini bu sözlərlə ifadə edib:

“Günlərdir bu paylaşım ücün nə yazacagımı bilmirəm. Çünki yazacağım ifadələr hisslərimin qarşısında sadə səslənəcək. Bu duygunu mənə yaşatdıgınız ücün Allahıma və siz həkimimə sonsuz təşəkkürümü bildirirəm. Arzusunda olan hərkəsə saglam övlad sahibi olmaq qismət olsun”.

Aşıq Ulduz əkizlərə Rəsul və Rəhim adlarının verdiyini açıqlayıb. 

Qeyd edək ki, aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz Niderlanda köçüb. O, 2019-cu ildə ailə qurub. Onun Bakıdakı toyu bəysiz baş tutub.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
28
yenisabah.az

10Mənbələr