AZ

Aşıq Ulduzun qızı əkiz anası oldu

Aşıq Ulduz Sönməz (Quliyeva) müğənni qızı Sadaqət Ulduz ana olub.

OLAY yazır ki, bu haqda Sədaqət sosial şəbəkə hesabında məlumat yayıb.

Dünyaya əkiz övlad gətirdiyini bildirən ifaçı anası ilə birgə qucaqlarında tutduqları körpələri ilə birgə çəkdirdiyi fotolarını paylaşıb.

Sədaqət ana olması sevincini bu sözlərlə ifadə edib:

“Günlərdir bu paylaşım ücün nə yazacagımı bilmirəm. Çünki yazacağım ifadələr hisslərimin qarşısında sadə səslənəcək. Bu duygunu mənə yaşatdıgınız ücün Allahıma və siz həkimimə sonsuz təşəkkürümü bildirirəm. Arzusunda olan hərkəsə saglam övlad sahibi olmaq qismət olsun”.

Qeyd edək ki, aşıq Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz Niderlanda köçüb. O, 2019-cu ildə ailə qurub. Onun Bakıdakı toyu bəysiz baş tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
28
olay.az

10Mənbələr