AZ

Saat 15:00-a olan seçici fəallığı

Azərbaycanda keçirilən parlament seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov 125 seçki dairəsi üzrə 6 478 seçki məntəqəsində seçici fəallığının bu saatadək 29,49 faiz olduğunu bildirib.

O, səsvermə hüququna malik 6 milyon 421 min 960 nəfər seçicidən bu saatadək 1 milyon 893 min 555 nəfərin səs verdiyini söyləyib.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
36
bakivaxti.az

10Mənbələr