AZ

Məntəqələrdə seçici fəallığı müşahidə edilir - FOTOLAR

Məlumdur ki, 30 ildən sonra Azərbaycanın bütün ərazisində növbədənkənar parlament seçkiləri keçirilir. SİA 23 saylı Nəsimi- Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsində mövcud vəziyyətlə tanış olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
5
sesqazeti.az

10Mənbələr