AZ

Putin Şoyqunu qurban verə bilərmi?

...Rusiyada keçmiş müdafiə naziri Sergey Şoyquya yaxın olan şəxslər arasında təmizləmələr davam edir. Belə ki, ötən gün dələduzluqda şübhəli bilinən general Popov həbs edilib. İndi Kreml Şoyqunun altından sonuna qədər “qazır”.

SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı politoloq Olqa Kurnosova Kanal 24-lə söhbətində bunu vurğulayaraq əlavə edib ki, rus lideriŞoyqunun da yanına çatacaq, lakin bir az sonra...

Kurnosova bildirib ki, təhlükəsizlik qüvvələri arasında həbslərlə bağlı vəziyyət Rusiya cəmiyyətinin diqqətini Kursk vilayətində baş verən hadisələrdən yayındırmağa imkan verir. Bundan əlavə, Kreml ruslara korrupsiyaya qarşı mübarizə apardığını, rus ordusunun bütün uğursuzluqlarının günahkarının generalların olduğunu nümayiş etdirməyə çalışır.

Məhz bu mənada Popovun həbsi artıq Şoyqu üzərində “qara ləkə”, eləcə də xəbərdarlıq deyil, bu, Şoyqunun küncdə gizlənməli, orada oturmalı və başını heç yerə qoymamalı olduğuna işarədir. Buna baxmayaraq Popovdan sonra Şoyqu özü ola bilərdi.

Bunu da Kurnosova deyib.

Qeyd edək ki, Şoyqu hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur, lakin bu, onun böyük maliyyə axınına nəzarət etdiyi müdafiə naziri kimi əvvəlki vəzifəsi ilə müqayisə oluna bilməz.

...Politoloq qeyd edib ki, Putin insanlardan çox ləng ayrılır.

...Heç yerə gedən yol kiçik addımlarla baş verəcək, hələlik Şoyqunun ətrafında olanlar həbs olunur. Əminəm ki, bu generalları onun əleyhinə ifadə verməyə məcbur edirlər.

Bunu edənlər isə Putinə xeyli sənədlər qovluğu ilə gələrək, Şoyqunu dəmir barmaqlıqlar arxasına qoyub qoymamağı soruşacaqlar..?

Bunu deyən Kurnosova hesab edir ki, həmin an Rusiya ordusunun müharibədəki növbəti uğursuzluqlarında günahkar tapmağın nə dərəcədə zəruri olmasından asılı olaraq, Şoyqunun özünün də həbs olunacağı baş verə bilər.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
37
sia.az

10Mənbələr