AZ

Kurska hücum Putinin xalqa verdiyi vədlərə ciddi zərbə vurub -“The Wall Street Journal“

Ukraynada genişmiqyaslı müharibə davam edən bir vaxtda Kiyevin Kurskda keçirdiyi əməliyyatlar Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibənin Ukrayna ərazisi ilə məhdudlaşacağı vədlərinə zərbə vurdu.

Bu barədə The Wall Street Journal yazıb. Qeyd edilib ki, Moskvada Kursk vilayətindəki vəziyyətlə bağlı xüsusi bir çaxnaşma, həyəcan hiss olunmur.

"Həmçinin Kreml rəhbəri belə hesab edir ki, Ukraynanın Kurska hücumu onun Donetsk vilayətinin tam ələ keçirilməsinə qədər uzanan geniş strateji hesablamalarına az təsir edir",- nəşr  Karnegi Rusiya-Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovadan sitat gətirib.

Həmçinin ekspert qeyd edib ki, “Əgər o (Putin - red.) hərbi həll yolu tapmasa, o zaman Ukraynanın Rusiya Federasiyasındakı hərbi əməliyyatı aylarla və ya illərlə davam edə bilər.  Moskvada yaşayan insanlar da artıq bu fikrə alışıblar”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Amma Ukraynanın ilk dəfə olaraq Rusiya ərazisinə daxil olaraq Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
50
news365.az

10Mənbələr