AZ

Olaf Şolts yenidən seçilmək isəyir: "Kansler olmağı sevirəm"

Almaniyanın federal kansleri Olaf Şolts reytinqlərin aşağı olmasına baxmayaraq, kansler postuna yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. 

HİT.az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı yazıb.

Şolts xatırladıb ki, 2021-ci ildə seçkilərə gedəndə Almaniyada da vəziyyət heç də çətin deyildi. O, kansler olmağı sevdiyini vurğulayıb.

"Mənim məqsədim Sosial Demokrat Partiyasının mümkün qədər güclü olması və növbəti hökumətə rəhbərlik etməsidir", deyə siyasətçi vurğulayıb.

Şolts Almaniyanın siyasi mənzərəsinin mütəmadi olaraq dəyişdiyini qeyd edib, lakin onun partiyasının qarşıdan gələn seçkilərdə uğur qazanacağına ümid etdiyini bildirib.

Əvvəllər sorğu göstərmişdi ki, sorğuda iştirak edən almanların təxminən 60%-i hazırkı koalisiya hökumətinin işindən və şəxsən kansler Olaf Şoltsdan narazıdır.

Bundan əvvəl Almaniya Sosial Demokrat Partiyasını təmsil edən Olaf Şolts partiyasının 2025-ci ildə keçiriləcək parlament seçkilərində yenidən qalib gələcəyinə əmin olduğunu bildirib. Onun sözlərinə görə, SPD bütün proqnozların əksinə olaraq Bundestaqa əvvəlki seçkilərdə qalib gəlib. Şolts  hesab edir ki, partiya növbəti federal seçkilərdə qalib gələ bilər.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
28
hit.az

10Mənbələr