AZ

"Bu, hamımıza qarşı yönələn terror hücumudur" - Olaf Şolts

 
"Almaniya hökuməti silahla davranış və onun gəzdirilməsi ilə bağlı qanunu sərtləşdirəcək, habelə qeyri-leqal immiqrasiya ilə mübarizəni gücləndirəcək..."
 
Almaniya kansleri Olaf Şolts Zolingen şəhərində terror aktının baş verdiyi yeri ziyarət edib və bir sıra kəskin bəyanatlarla çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "berliner-telegraph.de" nəşri məlumat yayıb.
 
Kansler bəyan edib ki, bu insident "hamımıza qarşı yönələn terror aktıdır".
 
O, gələcəkdə belə faciələrin qarşısının alınmasına kömək edəcək bir sıra tədbirlərin görüləcəyini vəd edib. Belə ki, Şolts deyib ki, hökumət "silahla davranış və onun gəzdirilməsi ilə bağlı qanunu" sərtləşdirmək niyyətindədir.
 
Hər şeydən göründüyü kimi, söhbət "soyuq silah" anlayışının sərtləşdirilməsindən gedir. Hazırda Almaniyada ülgücünün uzunluğu 12 sm olan bıçaq gəzdirməyə icazə verilir. Zolingen şəhərində baş vermiş terror aktından sonra Bundestaqda artıq ülgücün icazə verilən uzunluğunun 6 sm-dək azaldılması təklif edilib.
 
Almaniya kansleri həmçinin qeyri-leqal immiqrasiya ilə mübarizəni gücləndirmək niyyətindədir. O, Almaniyada qalmaq hüququ olmayanların ölkədən çıxarılması üçün hər şeyi edəcəyini" vəd edib.
 
Xatırladaq ki, avqustun 23-də axşam Zolingen şəhərinin 650 illik yubileyinin qeyd edilməsi zamanı qətliam törədilib. "Ərəb görkəmdə olan" naməlum şəxs tədbir iştirakçılarına bıçaqla hücum edərək məqsədyönlü şəkildə boyun nahiyələrinə zərbələr endirib. Bu, konsert səhnəsinin quraşdırıldığı şəhərin mərkəzi Fronxof meydanında baş verib.
 
Nəticədə 67 və 56 yaşlı iki kişi, 56 yaşlı qadın həlak olub, daha bir neçə nəfər yaralanıb. Cinayətkar hadisə yerindən qaçmağa müvəffəq olub.
 
Ertəsi gün polis baş verənlərdə şübhəli bilinən 15 yaşlı yeniyetməni həbs edib. İstintaqın versiyasına görə, o, terror aktına hazırlıq barədə məlumatlı olub, lakin bu barədə məlumat verməyib. Mümkündür ki, söhbət terrorçunun qardaşından gedir.
 
Həmin gün axşam "İslam dövləti" qruplaşması bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb, bunu "Fələstində və digər yerlərdə müsəlmanların əzabları" ilə əlaqələndirib.
 
Şübhəli bilinənin özü iki gündən sonra polisə təslim olub. Onun 2022-ci ilin sonunda Almaniyaya gələn və sığınacaq istəyən 26 yaşlı suriyalı olduğu müəyyən edilib.
 
Almaniya KİV-lərinin məlumatına görə, ötən il AFR hakimiyyəti onun qaçqın statusu almaq xahişini rədd edilib və suriyalının Avropa İttifaqı sərhəddini keçdiyi Bolqarıstana deportasiya edilməsi niyyətində olub. Lakin bunu etmək mümkün olmayıb, çünki onu deportasiya etmək istəyərkən o, yataqxanada olmayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
28
moderator.az

10Mənbələr