AZ

İtaliyalı hücumçuya görə 12 milyon avro ödədi

“Liverpul” İtaliya təmsilçisi “Yuventus”dan Federiko Kyezanı transfer edib.

Sportinfo.az Liverpul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayıb.

Müqavilənin detalları barədə ətraflı məlumat verilməyib. “Liverpul”un bu transfer üçün 12 milyon avro ödədiyi bildirilir.

Kyeza “Yuventus”un heyətində meydana çıxdığı 131 matçda 32 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
49
sportinfo.az

10Mənbələr