AZ

İDDİA ETDİ: “O, “Qarabağ”ın formasını geyinməyə layiq deyil” - VİDEO

«Fabiyan Buntiçlə uzağa getmək olmaz».

Bu iddia futbol eksperti Emin Abbasova məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişində çıxış edən tanınmış teleşərhçi «Vizela»dan (Portuqaliya) transfer olunan qapıçının Çempionlar Liqasının geridə qalan matçlarında yaxşı təsir bağışlamadığını söyləyib.

Deyib ki, xorvatiyalı kiper «Ludoqorets»lə hər iki qarşılaşmada inamsız göründüyünü, bir sıra səhvlərə yol verdiyini xatırladıb.

Abbasov qeyd edib ki, Buntiçin yol verdiyi səhvlər komanda yoldaşlarını da ruhdan salır, bu da ona etimadı aşağı salır.

Ekspert balkanlı «əlcək sahibi» ilə yüksək hədəflər uğrunda mübarizə aparmağın çətin məsələ olduğunu vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
49
sportinfo.az

10Mənbələr