AZ

Ancelina Venesiyaya yeni sevgilisi ilə gəlib?

Hollivud aktrisası Ancelina Coli yeni sevgilisi olduğu iddia edilən 40 yaşlı britaniyalı repçi Akala ilə Venesiya Film Festivalında görüntülənib.

OLAY yazır ki, paparatsiyalar onları oteldən birlikdə çıxarkən çəkib.

Coli üzərinə xardal rəngli “Tom Ford” brendinə məxsus uzun libas  geyinib. 

Aktrisanın şəxsi həyatı ilə bağlı hələlik başqa təfərrüatlar yoxdur.

Məlumdur ki, Akala (əsl adı Kinqsley Cames MkLin Daley) təkcə rep sənətçisi deyil, həm də jurnalist və aktivistdir (fəaldır). 

Coliyə yaxın mənbə onun aktrisa, qızları Şilo və Zahara ilə 2023-cü ilin may ayında Yamaykada “Calabash” ədəbi festivalı keçirilən zaman tanış olduğunu bildiriblər.

Venesiyada Ancelina Coli kinofestivalda rejissor Pablo Larrainin çəkdiyi “Mariya” filmini təqdim edəcək. Film opera müğənnisi Mariya Kallasın həyatından bəhs edir və burada baş rolu Coli ifa edib. 

Daha əvvəl Colinin dava etməyə davam etdiyi keçmiş əri Bred Pittin də Venesiya Film Festivalına gələcəyi bildirilmişdi, lakin təşkilatçılar münasibətlərinin gərgin olduğunu nəzərə alaraq, qrafiki elə tərtib ediblər ki, onlar görüşməsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
324
39
olay.az

10Mənbələr