AZ

“Təxribatları törətməkdə Ermənistanın iki məqsədi var”- Oqtay Qasımovdan AÇIQLAMA

“Ermənistanın son dövrlər Qərbdən hərbi dəstək alması ölkədə revanşist duyğularını gücləndirib. Azərbaycanla sərhəddə törətdiyi təxribatlar da bununla əlaqədardır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, təxribatları törətməkdə Ermənistan tərəfi iki məqsəd güdür:

” Birincisi, ölkəmizin uğurlu antiterror əməliyyatlarının il dönümü ərəfəsində gərginlik yaradaraq Qarabağ erməniləri məsələsini gündəmə gətirməyə çalışmaqdır. Bundan başqa gərginliyi artırmaqla Azərbaycanı cavab tədbirlərinə sövq etmək istəyirlər və bunun üzərindən COP29 ərəfəsində ölkəmizə qarşı ciddi əks təbliğat kampaniyası başlatmağa çalışırlar. Xüsusilə də nəzərə alsaq ki, son dövrlər həm Qarabağ ermənilərinin vəziyyəti, həm də keçmiş separatçı xunta rejimi rəhbərlərinin azad olunması ilə bağlı çağırışlar eşidilməkdədir”.

O.Qasımov onu da qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan isə sülhlə bağlı zaman-zaman fikirlər səsləndirir: “Ancaq Ermənistanın bəyanatları ilə əməlləri üst-üstə düşmür və təəssüf ki, özü müstəqil siyasət yeridə bilmədiyi üçün hazırda ölkənin siyasəti Vaşinqton, Brüssel, Parisdən yönəldilir. Bu baxımdan yaxın dövr üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması real görünmür. Bu prosesə əngəl olan ən başlıca səbəb isə Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olmasıdır. Belə ki, iki ölkə arasında gərginlik hələ ki qalmaqdadır və bu, bir müddət davam edəcək. COP29 ərəfəsində isə Ermənistan tərəfi təxribatlarını maksimum intensivləşdirəcək. Gərginliyin artması isə regionda yerləşməklə Rusiyanı sıxışdıraraq Azərbaycan və Türkiyəyə təzyiq göstərməsini istəyən Qərb dövlətlərinin maraqlarına xidmət edir. Belə ki, onlar yalnız gərginlik hökm sürdüyü vəziyyətdə regiona yerləşmək imkanına sahibdirlər”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
49
editor.az

10Mənbələr