AZ

Sülh müqaviləsinin qarşısındakı ən böyük maneə Ermənistan konstitusiyasındakı ərazi iddialarıdır - Ceyhun Bayramov

Bakı. TurkicWorld

Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini və 5 əsas prinsipi təqdim edib.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Layihənin mühüm hissəsi danışıqlar prosesində razılaşdırılıb, lakin Ermənistan konstitusiyasında və bəzi digər normativ hüquqi tənzimləmələrdə hələ də Azərbaycana qarşı ərazi iddiaları var.

Eyni zamanda, heç kimə sirr deyil ki, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddialarının olduğu heç kimə sirr deyil.

Hazırda sülh müqaviləsinin tamamlanmasının qarşısındakı ən böyük maneə Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”, - o qeyd edib.

Qeyd edək ki, C.Bayramov Ankarada işgüzar səfərdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
49
turkic.world

10Mənbələr