AZ

Özümüzü buna görə yorğun və halsız hiss edirik- TERAPEVTDƏN MARAQLI AÇIQLAMA 

“Əgər özünüzü yorğun, əzgin, zəif, yuxulu, key kimi hiss edirsinizsə, bunun səbəbi  vitamin B12 (kobalamin) çatışmazlığı ola bilər.  Vitamin B12 enerjiniz üçün çox vacibdir. Həmçinin eritrositin əmələ gəlməsində vacib rol oynayır və çatışmazlığı B12 defisitli, başqa sözlə desək makrositar anemiya əmələ gətirir. B12 çatışmazlığı həmçinin autoimmun proses olan pernisioz anemiyanın da səbəbi sayılır.”
 
Bunu Moderator.az-a açıqlamasında AysMed klinikasının kardioloqu, terapevt Aynur Məmmədova danışıb. 
 
 
Həkim B12 vitaminin çatışmazlığının səbəb olacağı xəstəliklərdən əlavə, sözügedən vitaminin həddindən artıq olmasının da müxtəlif problemlərə yol aça  biləcəyini qeyd edib:
 
“B12 vitamini fol turşusu ilə birgə qanda zərərli aminturşu olan homosisteini azaldır. Homosistein azalmazsa damarların divarı zədələnir, ürək və damar xəstəlikləri, miokard infarktı, insult və s əmələ gəlir. 
Vitamin B12 sinirlərimizin üzərini örtən mielin adlı yağlı maddənin istehsalında rolu var. Çatışmazsa sinirlər mielinsizləşəcək, sanki üzəri açılacaq və bir sıra nevroloji pozulma əmələ gələcək. Məsələn bağırsaqların siniri zədələnsə  qəbizlik yaranacaq, ürəyə gələn sinir zədələnsə  aritmiya olacaq və s. Sinirlərin zədələnməsi həm mərkəzi, həm periferik olmaqla bütün orqanlarda funksiya pozulmasına səbəb olur. Əgər bədəninizdə iynə batması ilə sanki “qarışqa gəzməsi" hiss edirsizsə bu periferik neyropatiya əlamətidir. Xəstələr tez-tez az qala yıxılacaqdım deyir, ya həqiqətən də yeriş pozulduğu üçün tez tez yıxılırlar.  
B12 çatışmazlığı olan insanlar danışdıqda ya yemək yedikdə dilin ağrımasından şikayət edirlər- glossit əmələ gəlir.
Görmə sinirinin də mielinsiz qalması görmə sahəsini daraldır, görmə qabiliyyəti azalır.
Sinirlərin  mielinsizləşməsi yaddaş pozulmasına, qazanılma ağıl zəifliyinə səbəb ola bilər.
Qanda xolesterin əleyhinə dərmanlar (statinlər), həmçinin oral kontraseptiv (hamiləlik əleyhinə) dərmanlar da  B12-ni  azaldır.
B12 vitamini qəbul etməzdən əvvəl isə mütləq  qandan analiz verərək B12-ni yoxlatdırmaq vacibdir.
B12 vitaminin həddindən artıq olmağı da zərərlidir. Artıq olması isə onkoloji xəstəliklərin yaranmağına səbəb olur. Bəzən isə insanlar soyuqlayıb qrip olduqda b qrup vitaminlərdən istifadə edirlər ki, guya tez sağalsınlar. Bu isə nəzarətsiz B12-nin və yaxud digər b qrup vitaminlərin qəbulu isə orqanizmdə olan hər hansı bir düyünlərin böyüməsinə səbəb ola bilər. Məsələn, uşaqlıqda miyoma, qalxanvari vəzdə düyün, süd vəzlərində kista varsa onları böyüdəcək. Hər hansı bir orqanda xoşxassəli törəməsi varsa nəzarətsiz b qrup vitaminləri və xüsusən B12-nin qəbulu onların böyüməsinə səbəb olacaq. Bu səbəbdən ən yaxşısı B12 çatışmazlığı ilə bağlı şüphə varsa mütləq şəkildə onu ağ laborator üsulu ilə yoxlamaq və korreksiya etmək lazımdır. Yəni, həkimə müraciət etmək önəmlidir, o , dəyərləndirmə etdikdən sonra ona müvafiq olaraq da müalicə təyin etməlidir”.
 
Vüsalə İbrahimli
Moderator.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
10
moderator.az

10Mənbələr