AZ

“Crocus City Hall”da terror aktı törədənlərin həbs müddəti uzadılıb

Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı işdə iştirak edənlərin həbs müddətini uzadıb.

Olaylar rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb

"Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Ş.Qadoyev, Z.A.İsmoilov, M.A.Soliyev, U.A.Soliyev, X.Ə.Xamidov həbs müddətini dekabrın 1-dək uzadılıb", - mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, martın 22-də Moskvadakı "Crocus City Hall"da terror aktı törədilib.

Terrorda 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
32
olaylar.az

10Mənbələr