AZ

“Crocus City Hall”da terror aktı törədənlərin həbs müddəti uzadıldı

Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı işdə iştirak edənlərin həbs müddətini uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidməti məlumat verib.

“Moskvanın Basmannı rayon məhkəməsinin qərarları ilə Ş.Qadoyev, Z.A.İsmoilov, M.A.Soliyev, U.A.Soliyev, X.Ə.Xamidov həbs müddətini dekabrın 1-dək uzadıb”, - mətbuat xidmətindən bildirilib. 

Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib.  Terrorda 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.

Gülayə Mecid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
32
unikal.az

10Mənbələr