AZ

İsrail ordusu Qəzza zolağında bir əsgərin öldüyünü bildirib

Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşdə İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgəri həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Qüds briqadasının 6310-cu batalyonunun əsgəri, 32 yaşlı baş serjant Yoçai Hai Qlam Fələstin anklavının mərkəzi hissəsində gedən döyüşdə həlak olub. Bu məlumatlar nəzərə alınmaqla, İDF-nin Qəzzada və Zolaqla sərhəddə quru əməliyyatı başlayandan bəri həlak olan əsgərlərin sayı 342-yə çatıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
ikisahil.az

10Mənbələr