AZ

“Hizbullah”ın raket dolu yük maşını vurulub

Livan təhlükəsizlik mənbəsinin “France Press” Agentliyinə verdiyi məlumata görə, iki tərəf arasında on ildən çox davam edən gərginlik fonunda İsrailin hava hücumu ötən gecə (avqustun 27-də) Livanın şərqindəki Baalbek bölgəsindən keçən “Hizbullah” terror təşkilatının raketləri ilə dolu yük maşını hədəf alıb.

Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, “İsrail döyüş təyyarələri Baalbekdən təxminən 10 kilometr şimalda beynəlxalq magistral yoldan keçən iki terror təşkilatının yük maşınına hücum edib. Hücum zamanı raket yüklü yük maşınlarından biri vurulub və bölgədə əks-səda verən ardıcıl partlayışlar baş verib.

“Hizbullah”a yaxın mənbə “ən azı bir yük maşınının hədəfi olduğunu” təsdiqləyib. Mənbə hücumdan sonra baş verən partlayışların “yük maşınına yüklənmiş sursatın alışması nəticəsində baş verdiyini” və xəsarət alanların olmadığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
vaxt.az

10Mənbələr