AZ

İranın dini lideri Nazirlər Kabinetinin üzvlərini qəbul edib

İranın dini lideri Ayətullah Əli Xamenei prezident Məsud Pezeşkiyanın rəhbərlik etdiyi yeni Nazirlər Kabinetinin üzvlərini qəbul edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İran dövlət televiziyasının yaydığı məlumatda bildirilib.
İclasda çıxış edən Ayətullah Əli Xamenei bildirib ki, yeni hökumətin ilkin prioritetlərindən biri inflyasiya problemini həll etmək olmalıdır.
İqtisadi problemlərin həlli mövzusuna toxunan Ayətullah Əli Xamenei deyib: ''Düşmənə ümid bəsləmək lazım deyil. Planlarımızı həyata keçirmək üçün düşmənin təsdiqinə gözləməməliyik. Əlbəttə, bu o demək deyil ki, biz düşmənlə əlaqə saxlamayacağıq''.
Səlahiyyətlilərin süni intellekt texnologiyalarından geri qalmamasının vacibliyini vurğulayan Ayətullah Əli Xamenei deyib: '' Süni intellekt istifadəçisi olmaq üstünlük deyil. Süni intellektin dərin təbəqələri var. Bu təbəqələr başqalarının əlindədir”.
Ayətullah Əli Xamenei gələcəkdə dünyada Beynəlxalq Atom Enerjisi Agentliyi kimi bir süni intellekt agentliyinin yaradıla biləcəyini və digər ölkələrin süni intellekt texnologiyasını inkişaf etdirməsinə mane ola biləcəklərini söylədi.
“Bu texnologiyanın dərin qatlarına çatmalısınız və ölkə daxilində süni intellekt infrastrukturunu izləməlisiniz'',-deyə İranın dini lideri vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
2
sia.az

10Mənbələr