AZ

Xankəndi və Şuşada silah-sursat tapılıb

DİN mətbuat xidmətinin məlumatına görə, 17-24 avqust günlərində Xankəndidə  26 avtomat, 44 qumbara tapılıb.

Silahlar 26 avtomat, 4 tapança, 7 tüfəng, 44 qumbara, 19 alışdırıcı, 2 nişangah, 2 görmə cihazı 2 mərmi, 1 trotil, 3 süngü-bıçaq, 65 patron darağı, 2275 ədəd müxtəlif çaplı patronlar olub.

Bundan başqa, Şuşa şəhərində 1 tapança, 1 mərmi, 3 qumbara, 2 alışdırıcı, 4 patron darağı, 125 ədəd müxtəlif çaplı patron, Xocalı rayonunda 2 avtomat silahı, 4 patron darağı və 174 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

 

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
34
xalqqazeti.az

10Mənbələr