AZ

Xankəndi, Şuşa və Xocalıda xeyli silah-sursat aşkarlanıb

Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

DİN-in mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə avqustun 17-dən 24-dək polis əməkdaşları tərəfindən Xankəndi şəhərindən 26 avtomat silahı, 4 tapança, 7 tüfəng, 44 qumbara, 19 alışdırıcı, 2 nişangah, 2 görmə cihazı 2 mərmi, 1 trotil, 3 süngü-bıçaq, 65 patron darağı, 2275 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhərindən 1 tapança, 1 mərmi, 3 qumbara, 2 alışdırıcı, 4 patron darağı, 125 ədəd müxtəlif çaplı patron, Xocalı rayonundan 2 avtomat silahı, 4 patron darağı və 174 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
49
dogru.az

10Mənbələr