AZ

Xırdalanda manyak peyda oldu

Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış massivinin birində naməlum şəxs uşaqları qorxudur.

Teleqraf.com Oxu.Az-a istinadən xəbər verir ki, bu iddia ilə qorxudulan uşaqlardan birinin anası sosial şəbəkələrdə paylaşım edib.

Belə ki, orta yaşlı naməlum kişi yaşayış binasının həyətində oynayan azyaşlı oğlan uşaqlarını ətrafına toplayaraq, onların qeyri-etik hərəkətlər etmələrini tələb edib.

Valideynin sözlərinə görə, öz oğlu da daxil olmaqla əksər uşaqlar dünəndən etibarən təşviş içindədirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, görüntülərdən məlumatlıdırlar. Aidiyyəti üzrə araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
12
teleqraf.com

10Mənbələr