AZ

Xırdalanda manyak peyda olub - İDDİA

Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış massivinin birində manyak peyda olub.

Oxu.Az xəbər verir ki, bu iddia ilə qorxudulan uşaqlardan birinini anası sosial şəbəkələrdə paylaşım edib.

Belə ki, orta yaşlı naməlum kişi yaşayış binasının həyətində oynayan azyaşlı oğlan uşaqlarını ətrafına toplayaraq, onların qeyri-etik hərəkətlər etmələrini tələb edib.

Valideynin sözlərinə görə, öz oğlu da daxil olmaqla əksər uşaqlar dünəndən etibarən təşviş içindədirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərdən məlumatlıdırlar. Aidiyyəti üzrə araşdırma aparılır.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
12
yenisabah.az

10Mənbələr