AZ

“Turan Tovuz” “Qarabağ”a qalib gəlib

Misli Premyer Liqasında 4-cü turun oyunları davam edir. 

Bu gün nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb.

Günün ilk oyununda son çempion “Qarabağ” hazırkı lider “Turan Tovuz”u qəbul edib. Tovuz təmsilçisi 1:0 hesabı ilə qalib gəlib və liderliyi möhkəmlədib.

Digər matçda isə “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

24 avqust

18:15. “Qarabağ” – “Turan Tovuz” – 0:1

Qol: Otto Con, 18 – pen.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Əliyar Ağayev
“Azərsun Arena”

20:30. “Araz Naxçıvan” – “Neftçi”
Hakimlər:
 İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
“Liv Bona Dea Arena”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
azpost.info

4Mənbələr