Misli Premyer Liqasında 4-cü turun oyunları davam edir.
Bu gün nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb.
Günün ilk oyununda son çempion “Qarabağ” hazırkı lider “Turan Tovuz”u qəbul edib. Tovuz təmsilçisi 1:0 hesabı ilə qalib gəlib və liderliyi möhkəmlədib.
Digər matçda isə “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
24 avqust
18:15. “Qarabağ” – “Turan Tovuz” – 0:1
Qol: Otto Con, 18 – pen.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Əliyar Ağayev
“Azərsun Arena”
20:30. “Araz Naxçıvan” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
“Liv Bona Dea Arena”