AZ

BMW yüz minlərlə avtomobili geri çağırır

Məşhur avtomobil istehsalçısı BMW yüz minlərlə avtomobilini qısaqapanma səbəbilə geri çağırır.

Publika.az xəbər verir ki, alman avtomobil istehsalçısı BMW 720 min 796 avtomobilini qısaqapanma səbəbilə geri çağırır.

ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) bəyanatına görə, Almaniyanın avtomobil nəhəngi bəzi 2012-2018-ci il model avtomobillərini geri çağırıb.

Açıqlamada qeyd olunub ki, su nasosunda düzgün bağlanmamış elektrik birləşdiricisi təhlükə yarada, bu da qısaqapanmaya səbəb ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
publika.az

10Mənbələr