AZ

“BMW” yolu bağladı, sürücülər qayda pozmalı oldu - VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində avtomobil yolda hərəkətin dayanmasına səbəb olub.

Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu İnşaatçılar prospektində 77-EL-205 qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü Dövlət Statistika Komitəsinə gedən yolun sol zolağında dayanıb.

Texniki nasazlıq səbəbilə dayanan avtomobili yolun sağ zolağına keçirmək mümkün olmadığı üçün sürücü belə bir məcburi addım atıb. Bu səbəbdən digər nəqliyyat vasitələrinin sürücüləri bəzən qaydaları pozaraq əks yola çıxmalı olublar.

Avtomobili hərəkətə gətirmək üçün kömək etməyə çalışan vətəndaşlar buna nail ola bilməyib. Ərazidə uzun sürən tıxac yaranıb.

Səfər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
avtosfer.az

10Mənbələr