AZ

Lerikdə avtomobil dağa ÇIRPILDI - FOTO

Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lerik rayon Hamarat kənd sakini 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. 

Nəqliyyat vasitəsi yol kənarındakı dağa çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olanlar - 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. 

Hər üç yaralı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, hər üç şəxs qəbir daşları ustasıdır.

Faktla bağlı araşdırma aparılır.




Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
24
bizim.media

10Mənbələr