AZ

Rusiya həbsxanasında məhbuslar işçiləri girov götürdü

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, insident Volqoqrad vilayətindəki ciddi rejimli islah koloniyasında baş verib.

"Cəzaçəkmə müəssisəsinin intizam komissiyasının iclasında işçilər bir neçə məhbus tərəfindən girov götürülüb", - Rusiya Cəzaların İcrası Federal Xidmətindən bildirilib.

Bəzi Rusiya KİV-in məlumatına görə, üç nəfər ölüb, ən azı iki nəfər qaça bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
21
e-huquq.az

10Mənbələr